"İnter" 26 illik sponsorunu dəyişdi
Digər

"İnter" 26 illik sponsorunu dəyişdi

  • 2021-07-23

"İnter" 26 ildir əməkdaşlıq etdiyi titul sponsorunu dəyişdirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni mövsümdən Milan təmsilçisinin formasının üzərində "Socios.com" tətbiqinin loqosu yer alacaq. Bu əməkdaşlıq "İnter"ə illik 20 milyon avro qazandıracaq.

 


Qeyd edək ki, "İnter"in 1995-ci ildən bəri titul sponsoru "Pirelli" şirkəti idi.