FİFA növbəti inqilabi dəyişikliyə hazırlaşır
- 2021-07-17
FİFA futbol qaydalarında daha bir dəyişikliyə hazırlaşır.
Yeni qayda ilə bağlı testlər U-19-lar arasında “Future of Football Cup” turnirində sınaqdan keçirilir.
Əsas dəyişiklik matçın vaxtı ilə bağlıdır. Sözügedən turnirin oyunları 45 dəqiqəlik iki hissə yox, təmiz 30 dəqiqədən ibarətdir. Yəni oyun dayanan zaman vaxt saxlanılır.
Həmçinin, oyunçu dəyişiklikləri limitsiz həyata keçirilir. Autun əllə deyil, ayaqla meydana daxil edilməsi də təcrübən keçirilir. Sarı vərəqə alan futbolçular 5 dəqiqəlik meydandan kənarlaşdırılır.
Turnirdən sonra FİFA sınaqların nəticələrinə əsasən qiymətləndirmə aparacaq. Bundan sonra yeni qaydaların peşəkar səviyyədə həyata keçirilə biləcəyi müzakirə olunacaq.