Sarri komandanın azarkeşlərinə əsəbiləşdi
Digər

Sarri komandanın azarkeşlərinə əsəbiləşdi

  • 2021-07-17

"Latsio"nun baş məşqçisi Maurisio Sarri komandanın azarkeşlərinə əsəbiləşib.

Buna səbəb fanatların məşq zamanı "Latsio"nun futbolçusu Vedat Muriqini tənqid etmələri olub. Sarri isə azarkeşlərə deyib: "Bir daha Muriqi haqda belə şeylər desəniz, sizi stadiondan çıxarıb, buranı boşaldaram".

Qeyd edək ki, Muriqi "Latsio"da 27 matçda 1 qol vurub.