De Xeadan uğursuz göstərici
Digər

De Xeadan uğursuz göstərici

  • 2021-05-27

“Mançester Yunayted”in qapıçısı David de Xea son 36 penaltini dəf edə bilməyib.

Bu barədə WhoScored.com saytı məlumat yayıb. 30 yaşlı qolkiper son dəfə 2016-cı il aprelin 23-də penaltidən qol buraxmayıb. O, İngiltərə kubokunun yarımfinalında həmin vaxt “Everton”da çıxış edən Romelu Lukakunun zərbəsini dəf edib. Görüş “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən gün isə ispaniyalı qapıçı Avropa Liqasının finalında “Vilyarreal”a qarşı matçın penaltilər seriyasında 11 top buraxıb və qurtarış edə bilməyib.  “Vilyarreal” əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə məhz penaltilər seriyasında 11:10 hesabı ilə qalib gələrək, çempion olub.

Qeyd edək ki, De Xea 2011-ci ildən “qırmızı şeytanlar”da çıxış edir.