Ezekyel Qaray karyerasını bitirdi
Digər

Ezekyel Qaray karyerasını bitirdi

  • 2021-07-17

Argentina millisinin sabiq üzvü Ezekyel Qaray karyerasını başa vurub.

34 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, Qaraya Argentinanın “Nyuells Old Boyz” klubunun yetirməsidir. O, İspaniyada “Rasinq”, “Real”, Portuqaliyada “Benfika”, Rusiyada “Zenit” klubların da çıxış edib. 2016-cı ildən “Valensiya”da oynayan Qaraya ağır zədə səbəbindən ötən il La Liqa klubu ilə müqaviləsinə xitam vermişdi.