Məhkəmə Messiyə qarşı saxtakarlıq ittihamlarını rədd etdi
Digər

Məhkəmə Messiyə qarşı saxtakarlıq ittihamlarını rədd etdi

  • 2021-07-17

İspaniya məhkəməsi  "Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi və atası Xorxe Messiyə qarşı açılan iddia ilə əlaqədar icraata xitam verib.

İspaniya mətbuatına əsasən, iddiaçı Federiko Rettori məhkəməyə müraciət edərək argentinalı hücumçu və atasını xeyriyyə fondunda iqtisadi cinayətlərdə, fırıldaqçılıqda və çirkli pulların yuyulmasında günahlandırıb.

İddiaçı vəqfin aldığı vəsaitlərin vəqf fəaliyyətini maliyyələşdirmək üçün deyil, üçüncü şəxslərin hesablarına yönləndirildiyini iddia edib.

Məhkəmə vergi xidmətindən rəsmi sənədlərə diqqət yetirib və fondun fəaliyyətində heç bir cinayət əməli aşkarlanmayıb. Bu səbəbdən iddia tələbi rədd edilib.