Bu klubun 9 qapıçısı var
Digər

Bu klubun 9 qapıçısı var

  • 2021-07-15

Canluici Donnarummanın transferi ilə PSJ-də qapıçı sayı 9-a yüksəlib.

Xarici KİV-lərə əsasən, 22 yaşlı qolkiperin komandanın əsas qapıçısı olacağı gözlənilir. 34 yaşlı Keylor Navas isə 2-ci qapıçı olacaq. Ancaq PSJ-də sözügedən oyunçularla yanaşı, daha 7 qapıçı var.

PSJ-nin yetirməsi olan Alfons Areolanın  "Fulhem"lə icarə müqaviləsi başa çatıb. Qapıçı hazırda Paris təmsilçisinin heyətində yer alır. Serxio Rikonun klubu ilə 3, Marçin Bulkanın isə daha 4 illik müqaviləsi qalıb. PSJ-də eyni zamanda qapıçılar sırasında  Aleksandr Letelye, Qarisson İnnosan, Lukas Lavelle, Denis Franki var.

Klubun bu yay sözügedən qolkiperlərin bəziləri ilə yolları ayıracağı gözlənilir.