Naqelsmanndan Levandovski açıqlaması
Digər

Naqelsmanndan Levandovski açıqlaması

  • 2021-07-15

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann klubdan ayrılacağı xəbərləri yayılan futbolçu Robert Levandovski haqda danışıb.

Almaniya mətbuatına əsasən, o, polşalı hücumçu ilə bir çox klubun maraqlanmasının normal olduğunu bildirib: "Levandovski haqda xəbərlər "Bavariya"ya gəldiyim ilk gündən etibarən yazılır. Bu qədər çox qol vuran biri ilə klubların maraqlanması normaldır. Məncə, Robert bu komandada və bu şəhərdə nələrə sahib olduğunu bilir".

Qeyd edək ki, Levandovski ilə "Real"ın  yaxından maraqlandığı iddia olunur.