Robben karyerasını başa vurdu
- 2021-07-15
"Qroningen"in yarımmüdafiəçisi Aryen Robben karyerasını başa vurduğunu açıqlayıb.
Bu barədə 37 yaşlı oyunçu özünün "İnstaqram" hesabında yazıb: "Futbolçu karyeramı bitirməyə qərar verim. Çox çətin seçimdir. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
Niderlandlı futbolçu bu qərarı zədə səbəbindən verdiyini də vurğulayıb.
Qeyd edək ki, Robben 2019-cu ildə karyerasını başa vurduğunu açıqlanmışdı, lakin 2020-ci ilin yayında o, yenidən futbola qayıtmışdı.
Xatırladaq ki, Robben karyerası ərzində "Qroningen", PSV, "Çelsi", "Real" və "Bavariya"da oynayıb və ümumilikdə 31 kubok qazanıb.