Feliks Brix beynəlxalq karyerasını başa vurur
Digər

Feliks Brix beynəlxalq karyerasını başa vurur

  • 2021-07-15

Məşhur almaniyalı hakim Feliks Brix 45 yaşında beynəlxalq karyerasını başa vurur.

O, bu haqda yaydığı açıqlamada bildirib. Referi bundan sonra dünya və Avropa çempionatı kimi yarışlarda çalışmayacağını, ilin sonunda beynəlxalq karyerasını başa vuracağını açıqlayıb.

Xatırladaq ki, 2004-cü ildə Almaniya bundesliqasında hakimliyə başlayan Brix üç il sonra FİFA referisi adını qazanıb. Dünya və Avropa çempionatlarının final mərhələlərində hakimlik edən Brix 2016/17 mövsümündə Çempionlar Liqasının final matçını da idarə edib. “Avro-2020”də isə o, İtaliya – İspaniya yarımfinala görüşü də daxil olmaqla 5 oyunda hakim olub.