Peresdən Raul və Kasilyas haqda şok fikirlər
- 2021-07-13
"El Confidencial" qəzeti "Real"ın prezidenti Florentino Peresin 2006-cı ilin sentyabr ayında keçirilən iclasda söylədiyi fikirlərin gizli səs yazısını yayımlayıb.
Həmin vaxt iclas zamanı klub rəhbəri komandanın sabiq futbolçuları İker Kasilyas və Raul Qonsalesi tənqid edib. Peres sözügedən oyunçuların "Real"ın uğursuzlularının günahkarı və özünün 2006-cı ildə klub prezidenti vəzifəsindən getməsinin əsas səbəbkarı hesab edib: "Kasilyas "Real"a uyğun qapıçı deyil. Bunu sizə deməyimi istəyirsiniz? Kasilyas heç vaxt bizə münasib qapıçı olmayıb. O, bizim böyük uğursuzluğumuzdur. Sadəcə, ona hörmət edənlər İkeri çox güclü müdafiə edirlər. Ən böyük fırıldaqçılardan biri Kasilyas, digəri isə Rauldur".
"El Confidencial" Pereslə bu fikirləri ilə bağlı əlaqə saxlayıb, lakin klub prezidenti şərh verməkdən imtina edib.
Qeyd edək ki, 40 yaşlı Kasilyas karyerasının böyük hissəsini "Real"da keçirib. O, Madrid təmsilçisinin əsas komandasında 17 il oynadıqdan sonra 2015-ci ildə "Portu"ya transfer olunub..
44 yaşlı Raul isə "Real"da 741 matçda 323 qol vurub. O, Madrid təmsilçisində 16 mövsüm keçirib.