Reşford, Saka və Sanço üçün 750 min imza
- 2021-07-13
İngiltərəli azarkeşlər yığmanın Avro-2020-nin finalında İtaliyaya uduzmasından (əsas və əlavı vaxt – 1:1, penaltilər seriyası – 2:3) sonra millinin penaltini dəqiq yerinə yetirmədiyi üçün irqçi tənqidlərə məruz qalan üzvləri Markus Reşford, Bukayo Saka və Ceydon Sançoya dəstək üçün hərəkətə keçiblər.
Goal.com-a əsasən, onlar sözügedən oyunçulara qarşı irqçi ifadələr işlədən şəxslərin futbol matçlarından ömürlük kənarda qalmasını tələb ediblər. Hətta fanatlar artıq bu məsələ ilə bağlı kampaniya da başladıblar və 750 min səs toplayıblar.
Qeyd edək ki, kampaniyaya qoşulanlar sırasında məşhur reqbiçi, dünya çempionu Fil Vikkeri, komediya aktyoru Eddi İzzard və model Keti Pris də var.