“Kimliyimə və haradan gəldiyimə görə heç vaxt üzr istəməyəcəyəm”
Digər

“Kimliyimə və haradan gəldiyimə görə heç vaxt üzr istəməyəcəyəm”

  • 2021-07-13

İngiltərə millisinin Avro-2020-nin finalında İtaliya ilə matçda (əsas və əlavə vaxt – 1:1, penaltilər seriyası 2:3) penaltini qola çevirə bilmədiyi üçün irqçi ifadələrlə tənqid olunan üzvü Markus Reşford haqqında deyilənlərə münasibət bildirib.

Xarici KİV-lərə əsasən, 23 yaşlı hücumçu deyib:

“Bütün komanda yoldaşlarımı pis vəziyyətdə qoymuş kimi hiss etdim. Buna görə də çox məyusam. Maçtdakı çıxışımla əlaqədar bütün gün davam edən tənqidlərlə bağlı bir problemim yoxdur. Penalti zərbəm kifayət qədər yaxşı deyildi. Bunu qəbul edirəm. Amma kimliyimə və haradan gəldiyimə görə əsla üzr istəməyəcəyəm”.

Qeyd edək ki, Reşfordla yanaşı Ceydon Sanço və Bukayo Saka də penaltini dəqiq yerinə yetirmədikləri üçün irqçi tənqidlərə məruz qalıblar.