Poqba: "Artıq irqçiliyə dözə bilmərik"
Digər

Poqba: "Artıq irqçiliyə dözə bilmərik"

  • 2021-07-13

Fransalı futbolçu Pol Poqba İngiltərə millisinin Avro-2020-nin finalında İtaliyaya uduzmasından sonra (əsas və əlavə vaxt – 1:1, penaltilər seriyası 2:3) tənqidə və irqçiliyə məruz qalan oyunçularını dəstəkləyib. 

28 yaşlı yarımmüdafiəçi öz "İnstaqram" hesabında etdiyi paylaşımda yazıb:

“Markus Reşford, Ceydon Sanço, Bukayo Saka, sizinlə fəxr edirəm. Futbolda bəzən udursan, bəzən də uduzursan. Sizin penaltini yerinə yetirmək üçün cəsarətiniz var və ölkənizin finala çıxmasına kömək etmək üçün özünüzü göstərməyə çalışdınız. Artıq irqçiliyə dözə və onu dəstəkləyə bilmərik. Bununla mübarizəni heç vaxt dayandırmayacağıq. Uşaqlar, başınızı uca tutmağınız və özünüzə güvənməyiniz lazımdır. Siz bu ecazkar oyunun bir nümunəsisiniz. Bunu heç vaxt unutmayın. Özünüzlə fəxr edin. Futbol dünyası sizinlə fəxr edir!".

Qeyd edək ki, Markus Reşford, Bukayo Saka və Ceydon Sanço görüşdə penaltini dəqiq yerinə yetirə bilməyiblər. Oyundan sonra  bu futbolçular sosial mediada irqçi təhqirlərə məruz qalıblar.