"Neymar mənim varisimdir"
Digər

"Neymar mənim varisimdir"

  • 2021-07-13

Məşhur braziliyalı sabiq futbolçu Ronaldinyo həmyerlisi Neymar haqqında danışıb.

41 yaşlı keçmiş hücumçu goal.com-a açıqlamasında 29 yaşlı oyunçunu tərifləyib:

"Bəli, şübhəsiz ki, Neymar mənim varisimdir. O, hazırda əsas oyunçumuzdur və braziliyalıların kumiridir. Neymar əla driblinq edir və çox cəsarətlidir. Onu meydanda görmək hər zaman xoşdur".

Qeyd edək ki, Neymar bir neçə gün öncə Braziliya millisinin heyətində Amerika kubokunda Argentina ilə final matçına çıxsa da, onun komandası minimal hesabla uduzub - 0:1.