"Bəlkə də ona qarşı çox sərt idim"
Digər

"Bəlkə də ona qarşı çox sərt idim"

  • 2021-07-12

"Roma"nın baş məşqçisi Joze Mourinyo İngiltərə millisinin üzvü Lyuk Şounun Avro-2020-dəki çıxışını yüksək qiymətləndirib.

"Talk Sport"a əsasən, o, "Mançester Yunayted"də birgə çalışdığı müdafiəçi ilə bağlı deyib: "İnsanlar Lyuku sevmədiyimi düşünürlər, amma onun möhtəşəm bir turnir keçirdiyini etiraf etməliyəm. Fantastik final idi. Sol cinahı müdafiə etdi, səhv etmədi. Üstəlik, turnir irəlilədikcə Şou daha da yaxşılaşdı.

Həmişə bir oyunçunun zəif nöqtəsini tapmaq üçün çalışmışam, bəzən bunu bacardım, bəzən də yox. Kim bilir, bəlkə də ona qarşı çox sərt idim və Şou buna hazır deyildi".

Xatırladaq ki, Şou 2016-cı ilin mayından 2018-ci ilin dekabrına kimi "Mançester Yunayted"də Mourinyonun rəhbərliyi altında çalışıb.