Avropa çempionatları tarixində yeni rekord
Digər

Avropa çempionatları tarixində yeni rekord

  • 2021-07-12

Avropa çempionatlarının tarixində yeni rekord qeydə alınıb.

UEFA-nın saytına əsasən, bu, ötən gecə Avro-2020-nin finalında İtaliya - İngiltərə matçında rəsmiləşib. Əsas və əlavə vaxtı 1:1, penaltilər seriyası isə 3:2 hesabı ilə başa çatan görüşlə yarışda vurulan ümumi qolların sayı 142-yə çatıb. Bu isə Avropa çempionatları tarixində rekord göstərici sayılır.

Əvvəlki rekord isə Avro-2016-cı ildə qeydə alınmışdı - 108 qol.