"Çox məyusam"
- 2021-07-12
İngiltərə millisinin futbolçusu Harri Maquayr Avro-2020-nin finalında İtaliyaya uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.
"Mançester Yunayted"in müdafiəçisi UEFA-nın saytına açıqlamasında məyusluğunu belə ifadə edib:
“Ürəyim ağrıyır, çox məyusam. Uşaqlar çox pisdir. Bu oyunda hər şeyimizi verdik, ancaq alınmadı. Ürəyim parçalandı, viran oldum".
Xatırladaq ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matç penaltilrə seriyasına qədər uzanıb və burada daha dəqiq olan italyanlar (3:2) çempionatın qalibi olub.