Neymardan təşəkkür
- 2021-07-12
Braziliya millisinin üzvü Neymar Amerika kubokunun finalında Argentinaya uduzduqları matçdan sonra ilk dəfə bu barədə fikirlərini böülüşüb.
29 yaşlı hücumçu İnstaqram hesabındakı yığmanın forması ilə fotosunu paylaşaraq yazıb:
"Tanrım, bu hissi mənə yaşatdığın üçün, bu köynəyi geyinmək arzumu gerçəkləşdirdiyinə görə, sağ ol. Hər şey üçün təşəkkürlər! Səni sevirəm tanrım, səni sevirəm".
Qeyd edək ki, sözügedən oyunda Braziliya rəqibinə minimal hesabla məğlub olub - 0:1.