Ronaldo və Messi üçün tarixi gün
Digər

Ronaldo və Messi üçün tarixi gün

  • 2021-07-11

Dünya futbolunun ən yaxşı oyunçularında hesab edilən Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus") və Lionel Messi (Argentina, azad agent) millidəki ilk kuboklarını eyni gündə qazanıblar.

"101 Great Goals"a əsasən, Messi Braziliyada yerli vaxtla iyulun 10-u keçirilən Amerika kubokunun finalında ev sahibi komandaya 1:0 hesabı ilə qalib gəlmələri ilə yığmadakı ilk kubokunu əldə edib. Maraqlıdır ki, Ronaldo da məhz 2016-cı ilin eyni günü yığma ilə Avropa çempionatının qalibi olub. Bu, 36 yaşlı oyunçunun Portuqaliya millisindəki ilk kubok kimi diqqət çəkib.