Avropa çempionatlarında komanda sayı artır
- 2021-07-11
Avropa çempionatlarının qrup mərhələsində iştirak edən komandaların sayı dəyişdirilə bilər.
Bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, qitənin ali futbol qurumu Avropa çempionatlarında iştirak edən komandaların sayını 32-yə çatdırmağın üzərində işləyir. Lakin mümkün dəyişikliklər 2028-ci ildən qüvvəyə minəcək.
Qeyd edək ki, 2016-cı ilədək Avropa çempionatlarında 16 komanda mübarizə aparırdı. Bu say 2016-cı ildə 24-ə yüksəldi.