Harri Keynin oyun öncəsi fikirləri
Digər

Harri Keynin oyun öncəsi fikirləri

  • 2021-07-11

İngiltərə millisinin hücumçusu Harri Keyn Avro-2020-nin finalında  İtaliya ilə oyun öncəsi fikirlərini bildirib.

"Sky Sports"a əsasən, 27 yaşlı oyunçu finala gedən yoldakı maneələri dəf etdiklərini deyib: "Amma indi matça çıxıb qələbə qazanmalıyıq. Avropa çempionatı başlayanda hədəfimiz qazanmaq idi. İndi bunu həyata keçirmək imkanımız var.

Küçələrdə azarkeşləri gördükdə və bu xoş qarşılanmanı hiss etdikdə, bunun ölkə üçün nə qədər vacib olduğunu anlayırıq. Onları təmsil etməkdən qürur duyuruq və ümid edirəm ki, onları bizimlə qürurlandıracağıq".

Qeyd edək ki, bu gün "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.