"Bundan yaxşı bir an düşünə bilmirəm"
Digər

"Bundan yaxşı bir an düşünə bilmirəm"

  • 2021-07-11

"İllər keçdikcə bu kuboku qazanmağa yaxınlaşırdıq. Bunun nə vaxtsa olacağını bilirdim".

Bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun finalında Braziliyaya qalib gəldikləri oyundan (1:0) sonra deyib.

34 yaşlı hücumçu milli komanda ilə qazandığı ilk kubokun sevincini bölüşərkən bunları bildirib: "Amerika kubokunu Braziliyada bu ölkənin millisinə qalib gələrək qazandıq. Xoşbəxtliyimizi sözlə başa sala bilmərəm. Bundan yaxşı bir an düşünə bilmirəm. Bu komanda həqiqətən kuboku qazanmağa layiq idi. Heyrətamizdir, biz xoşbəxtik”.