Messi hər gün 100 min avro itirir
Digər

Messi hər gün 100 min avro itirir

  • 2021-07-11

"Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi hər gün təxminən 100 min avro itirir.

Bu barədə "L`Equipe" məlumat yayıb. 34 yaşlı hücumçu müqaviləsinə əsasən, o, vergi xərcləri çıxılmadan illik 139 milyon avro qazanırdı. Argentinalı oyunçu azad agent olduqdan sonra isə günlük 100 min avro əldə etməkdən məhrum olub.


Messini maddi zərərə uğrada biləcək digər bir səbəbi isə onun sponsorları ilə əməkdaşlığa davam edib-etməyəcəyinin qeyri-məlum qalmasıdır. Lakin hələlik tərəflər iş birliyini dayandırmayıb.

Qeyd edək ki, Messinin "Barselona" ilə sözləşməsi iyunun 30-u başa çatıb.