İngiltərə Futbol Assosiasiyası cərimələndi
- 2021-07-11
UEFA İngiltərə Futbol Assosiasiyasını cərimələyib.
Qurumun rəsmi saytına əsasən, buna səbəb Avro-2020-nin yarımfinalında Londondakı "Uembli" stadionunda keçirilən Danimarka - İngiltərə oyunu zamanı yerli azarkeşlərin davranışları olub. Onlar rəqib komandanın qapıçısı Kasper Şmeyxelin üzünə lazer işığı salıb, himnə hörmətsizlik edib və priotexniki vasitələrdən istifadə ediblər. Nəticədə qurum 30 min avro cərimə olunub.
Qeyd edək ki, sözügedən görüşdə 2:1 hesablı qələbə qazanan İngiltərə millisi finalda İtaliya yığması ilə qarşılaşacaq.