Avro-2020-nin finalını buraxacaq?
Digər

Avro-2020-nin finalını buraxacaq?

  • 2021-07-11

İngiltərə millisi Avro-2020-nin finalında İtaliya ilə matç öncəsi son məşqinə çıxıb.

"Sky Sport"a əsasən, hazırlıq proesesində yalnız Fil Foden iştirak etməyib. 21 yaşlı yarımmüdafiəçi yüngül zədə səbəbindən məşqi buraxıb. Onun İtaliya ilə matçda meydanda olub-olmayacağı isə məlum deyil.


Qeyd edək ki, sabah "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.