Qvardiola Qrizmannla danışdı
Digər

Qvardiola Qrizmannla danışdı

  • 2021-07-10

"Barselona"nın futbolçusu Antuan Qrizmann klubu tərk edə bilər.

"Foot Mercato"ya əsasən, "Mançester Siti" fransalı hücumçu ilə maraqlanır. Bildirilib ki, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola Qrizmannla əlaqə saxlayıb və onunla mümkün transferi müzakirə edib.

Qeyd edək ki, 29 yaşlı oyunçu ötən mövsüm meydana çıxdığı 51 matçda 20 qol vurub, 13 qolun ötürməsini verib.