"Mümkün olan ən çətin sınaq bizi gözləyir"
Digər

"Mümkün olan ən çətin sınaq bizi gözləyir"

  • 2021-07-10

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin finalında İtaliyaya qarşı keçirəcəkləri matç haqqında danışıb.

O, UEFA-nın saytına açıqlamasında deyib:

"İtaliya son iki ildə parlaq oyun nümayiş etdirir. Onların inkişafını yaxından izlədik. İtaliyanın necə oynadığını bilirik. Əla üslub nümayiş etdirirlər. Bu komandaya qol vurmaq həmişə çətin olur. Şübhəsiz ki, finala çıxmağa layiq idilər. Bu yolda iki ən yaxşı komandanı - Belçika və İspaniyanı məğlub etdilər. Buna görə də mümkün olan ən çətin sınaq bizi gözləyir".

Qeyd edək ki, iyulun 11-i "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.