"Artıq bu fikri dəstəkləmirəm"
- 2021-07-10
UEFA prezidenti Aleksandr Çeferin Avro-2020-nin 12 şəhərdə keçirilməsi barədə danışıb.
"BBC Sport"a əsasən, o, gələcəkdə Avropa çempionatlarını bu cür təşkil etməyi düşünmədiyini deyib:
"Məndən soruşsanız, Avropa çempionatlarının 12 şəhərdə keçirilməsi fikrini artıq dəstəkləməzdim. Düşünürəm ki, bu, çox çətindir. Müəyyən mənada bəzi komandaların 10.000 km, digərlərinin 1000 km-dən çox məsafəni qət etməsi səhvdir. Bu azarkeşlər üçün də ədalətli deyil. Bəzi azarkeşlərin Romada, bir neçə gündən sonra Bakıda olmaları lazımdır. 4-5 saatlıq bir uçuş edirlər. Yəni çətindir. İdeya maraqlıdır, amma həyata keçirmək çətindir. Düşünmürəm ki, bunu bir daha edəcəyik".