Xavi mövsümün baş məşqçisi seçildi
Digər

Xavi mövsümün baş məşqçisi seçildi

  • 2021-07-09

Qətərdə 2020/21 mövsümünün ən yaxşı baş məşqçisi məlum olub.

Bu, “Əl Sədd”in çalışdırıcısı Xavidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xavinin rəhbərlik etdiyi “Əl Sədd” ötən mövsüm Qətər çempionatının məğlubiyyətsiz qalibi olub və ölkə kubokunu qazanıb.

Qeyd edək ki, İspaniya millisinin və "Barselona"nın əfsanəvi futbolçusu 2019-cu ilin yayından “Əl Sədd”i çalışdırır.