“Barselona” Depayın maaşını azaltdı
Digər

“Barselona” Depayın maaşını azaltdı

  • 2021-07-09

“Barselona”nın yeni transferi Memfis Depay klubunda müqavilədə göstəriləndən 30 faiz az həcmdə maaş alacaq.

İspaniya mətbuatına əsasən, əvvəlcə holland hücumçu üçün illik 7 milyon avro maaş verilməsi nəzərdə tutulsa da, bu rəqəm 5 milyona endirilib. Bildirilir ki, futbolçu klubun büdcədəki ixtisarlarla bağlı təklifinə qarşı çıxmayıb.

Xatırladaq ki, 27 yaşlı Depay “Barselona” ilə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.