Corco Kyellininin İngiltərə millisi barədə fikirləri
Digər

Corco Kyellininin İngiltərə millisi barədə fikirləri

  • 2021-07-09

İtaliya millisinin müdafiəçisi Corco Kyellini “Avro-2020”nin finalında rəqibləri olan İngiltərə millisi barədə fikirlərini bildirib.

“Football İtalia”ya əsasən, o, rəqibdən ehtiyatlandıqlarını gizlətməyib:

“Mən dərhal başa düşdüm ki, İngiltərə çempionluq üçün ciddi namizəd olacaq. Onlar fiziki baxımdan hazır və təşkilatlanmış komandadırlar. Ola bilsin ki, onların oyunu çoxlarının xoşuna gəlmir. Amma ingilislərə qalib gəlmək çətindir. Rəqibimiz DÇ-2018-də yarımfinala kimi gəlib. “Avro-2020”də isə 7 oyundan 6-nı evdə keçirəcəyi proqnozlaşdırılırdı. Ona görə də İngiltərə millisinin finalda olması gözlənilməz deyil”.

Xatırladaq ki, “Avro-2020”nin İtaliya – İngiltərə final oyunu iyulun 11-i, Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.