"Messinin "Barselona" ilə yeni mövsümə başlayacağını deyə bilmərəm"
Digər

"Messinin "Barselona" ilə yeni mövsümə başlayacağını deyə bilmərəm"

  • 2021-07-09

La Liqa prezidenti Xavyer Tebas "Barselona" ilə müqaviləsi başa çatan Lionel Messinin klubda qalıb-qalmayacağı barədə danışıb.

"Diario Sport"a əsasən, o, Kataloniya klubunun hazırkı büdcə durumuna əsasən, hansısa futbolçusunu satmadan 34 yaşlı hücumçu ilə yeni sözləşmə imzalaya bilməyəcəyini deyib:

"Messinin "Barselona" ilə birgə La Liqada yeni mövsümünə başlayacağını deyə bilmərəm. Klub kimisə satmırsa, bu, mümkün deyil".

Qeyd edək ki, Messi hazırda azad agentdir.