Konfrans Liqasının mükafat fondu açıqlandı
Digər

Konfrans Liqasının mükafat fondu açıqlandı

  • 2021-05-25

Konfrans Liqasında qrup mərhələsinə yüksələcək kubların qazancı açıqlanıb.

UEFA-nın rəsmi saytına görə qrupa vəsiqə qazanan kluba 2,94 milyon avro ödəniləcək.

Qrup mərhələsindəki hər qələbəyə görə 500 min avro, heç-heçəyə görə 166 min avro veriləcək. Qrupu lider kimi tamamlayan komanda əlavə 650 min avro əldə edəcək. Qrup ikincilərinə 325 min, 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək.

 

Hələlik təsnifat mərhələsinin mükafat fondu açıqlanmayıb.

Xatırladaq ki, Konfrans Liqasının 2021/2022 mövsümündə ölkəmizi "Qarabağ", "Sumqayıt" və "Keşlə" klubları təmsil edəcək.