"Bu günü heç vaxt unutmayacağam"
Digər

"Bu günü heç vaxt unutmayacağam"

  • 2021-07-08

"Real"dan ayrılan Serxio Ramos PSJ-yə keçidi barədə danışıb.

Paris təmsilçisinin saytına əsasən, ispan müdafiəçi PSJ-yə qoşulmaqdan məmnunluğunu ifadə edib:  Bu, həyatımda böyük dəyişiklik, yeni çağırışdır. Bu günü heç vaxt unutmayacağam.

Çox iddialı layihənin iştirakçısı olmağımdan, böyük oyunçularla bir komandaya qoşulmağımdan qürur duyuram. PSJ artıq özünü ən yüksək səviyyədə qurub və möhkəm bazaya malikdir.

Klubla böyüməyə davam etmək və komandanın titul qazanmasına kömək etmək istəyirəm".

Qeyd edək ki, Ramos PSJ ilə 2 illik müqavilə imzalayıb.