Rahim Sterlinqin açıqlamaları
Digər

Rahim Sterlinqin açıqlamaları

  • 2021-07-08

"Möhtəşəm performans oldu. Turnirdə ilk dəfə qapımızdan qol buraxdıq, amma bu qola yaxşı reaksiya verdik. Çətin olacağını bilirdik, ancaq səbirli idik. Bu düzgün istiqamətdə bir addımdır. İndi diqqətimizi bazar günü keçiriləcək matça yönəltməliyik".

Bu sözləri İngiltərə millisinin futbolçusu Rahim Sterlinq Avro-2020-nin yarımfinalında Danimarkaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "BBC Sport"a deyib.

O, mübahisəli penalti epizodu haqda da danışıb: "Mən cərimə meydançasına daxil oldum və rəqib sağ ayağımı bağladı. Top tordadır, vacib olan budur".

Sterlinq daha sonra bildirib: "Futbolun İngiltərə üçün nə demək olduğunu bilirik. Enerji, atmosfer, hər şey yaxşı idi".