Qabriel Jezus cəzalandırıldı
Digər

Qabriel Jezus cəzalandırıldı

  • 2021-07-07

Braziliya millisi Amerika kubokunun Argentina ilə keçiriləcək final matçına itki ilə çıxacaq.

Qabriel Jezus həlledici oyunu buraxacaq.

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) İntizam Komitəsi futbolçunu 2 oyunluq cəzalandırıb.

"Mançester Siti"nin üzvü 1/4 finalın Çili ilə qarşılaşmasında qırmızı vərəqə aldığı üçün Peru ilə yarımfinal görüşünü buraxmışdı. Ancaq Komitə Jezusun cəzasını daha 2 oyun artırdığı üçün o, finalda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, final oyunu iyulun 11-də keçiriləcək.