UEFA-dan Eriksenə jest
- 2021-07-07
UEFA Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenə jest edib.
ESPN-ə əsasən, qurum futbolçunu Avro-2020-nin final matçına dəvət edib.
Eriksenin həyat yoldaşı, həmçinin, Finlandiya ilə qarşılaşma zamanı huşunu itirdikdə onu xilas edən həkimlər də həlledici qarşılaşmaya dəvət olunublar.
Final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Həlledici görüşdə Eriksenin komandası da iştirak edə bilər. Danimarka millisi bu gün yarımfinalda İngiltərə ilə qarşılaşacaq. İlk finalçı isə İtaliyadır.
Xatırladaq ki, iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Eriksen 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olub.