Ronaldodan tarixi göstərici
Digər

Ronaldodan tarixi göstərici

  • 2021-05-24

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo tarixi göstəriciyə imza atıb.

Portuqaliyalı futbolçu 29 qolla A seriyasında mövsümü bombardir kimi tamamlayıb.

Bununla da 36 yaşlı hücumçu karyerası ərzində İngiltərə Premyer Liqası, İspaniya La Liqası və İtaliya A seriyasında bombardir olan ilk futbolçu kimi tarixə düşüb. 

Qeyd edək ki, 2018-ci ildən "Yuventus"da çıxış edən Ronaldonun Turin klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.