Aquero son matçında Premyer Liqanın tarixinə düşdü
- 2021-05-24
“Mançester Siti”nin hücumçusu Serxio Aquero Premyer Liqadakı sonuncu oyununa rekorda imza atıb.
Argentinalı hücumçu “Everton”la görüşdə (5:0) dubl etməklə Premyer Liqanın tarixinə düşüb.
Aquero İngiltərə çempionatında bir komandanın heyətində ən çox (184) qol vuran futbolçu adına sahib olub. Əvvəlki rekord “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runiyə məxsus idi – 183 qol.
Xatırladaq ki, Aquero “Mançester Siti” ilə mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyib. Onun “Barselona”ya keçəcəyi gözlənilir.