"Ronaldo ilə işləmək çətindir"
Digər

"Ronaldo ilə işləmək çətindir"

  • 2021-07-06

"Latsio"nun yeni baş məşqçisi Maurisio Sarri "Yuventus"u çalışdırdığı vaxtları xatırladıb.

"Sport İtalia"ya əsasən, o, Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo ilə işləməyin çətin olduğunu etiraf edib:

"Ronaldo ilə işləmək asan deyil. O, beynəlxalq  markadır və Kriştianonun şəxsi maraqları komanda maraqları ilə birləşdirilməlidir. Bu isə problemlər yaradır. Ronaldo ilə işləmək çətindir, amma müsbət tərəfləri çoxdur. O, hələ də komandaya vacib nəticələr qazanmağa kömək edir. Son illərdə kollektivlər haqqında deyil, fərdi oyunçular barədə daha çox yaxşı şey eşitmişəm".

Qeyd edək ki, Sarri 2019-2020-ci illərdə "Yuventus"a baş məşqçilik edib. Ronaldo isə 2018-ci ildən bu komandada oynayır.