Neymar Argentinanın finala çıxmasını istəyir
Digər

Neymar Argentinanın finala çıxmasını istəyir

  • 2021-07-06

Braziliya millisinin hücumçusu Neymar Amerika kubokunun finalında qarşılaşmaq istədiyi yığmanın adını açıqlayıb.

"Amerika TV"yə əsasən, o, həlledici matçda Argentina ilə oynamaq istədiyini deyib: "Argentinanın finala çıxmasını istəyirəm. Onlara azarkeşlik edəcəyəm. Çünki Argentinada çoxlu dostum var. Ancaq yekunda Braziliya finalda qalib olacaq".

Qeyd edək ki, Braziliya millisinin finaldakı rəqibi Argentina - Kolumbiya görüşünün qalibi olacaq.