Messi 1-ci pilləyə yüksəldi
Digər

Messi 1-ci pilləyə yüksəldi

  • 2021-07-05

Goal.com portalı "Qızıl top"a namizədlərin reytinqini yeniləyib.

Son siyahıda jurnalistlər nüfuzlu fərdi mükafatı qazanmağa əsas namizəd Argentina millisinin üzvü Lionel Messini hesab edirlər. Bununla da, "Barselona" ilə müqaviləsi başa çatan 34 yaşlı hücumçu siyahıda 5-ci pillədən 1-ci pilləyə yüksəlib.

2-ci sırada Polşa millisinin və "Bavariya"nın oyunçusu Robert Levandovski qərarlaşıb. O, bundan əvvəlki siyahıda 4-cü idi. Fransa yığmasının və "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante isə 3-cü olub. Daha əvvəl jurnalistlər məhz onu "Qızıl top"a  əsas namizəd hesab edirdilər.

Goal.com versiyasına görə, "Qızıl top"a namizəd 10 futbolçu

1. Lionel Messi (azad agent)
2. Robert Levandovski ("Bavariya")
3. Nqolo Kant ("Çelsi")
4. Romelu Lukaku ("İnter")
5. Kilian Mbappe (PSJ)
6. Kevin De Brüyne ("Mançester Siti")
7. Kriştiano Ronaldo ("Yuventus")
8. Rahim Sterlinq ("Mançester Siti")
9. Erlinq Holand ("Borussiya" Dortmund)
10. Neymar (PSJ)