"Avro-2020"nin final matçının topu təqdim olundu
Digər

"Avro-2020"nin final matçının topu təqdim olundu

  • 2021-07-05

“Adidas” şirkəti Avro-2020-nin yarımfinal və final matçlarının topunu təqdim edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yeni top əvvəlki oyunlardakından fərqli dizaynda təqdim olunub.

Qeyd edək ki, Avro-2020-nin yarımfinal matçları 6 və 7 iyulda, final isə 11 iyulda İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda olacaq. Yarımfinalda İspaniya İtaliya ilə, İngiltərə isə Danimarkayla qarşılaşacaq.