Digər

Paytaxt Kiyevdə qəhrəman kimi qarşılandılar

  • 2021-07-05

"Avro-2020"də çıxışını başa vuran Ukrayna millisi vətənə qayıdıb.

Paytaxt Kiyevin Borispol hava limanında komanda qəhrəman kimi qarşılanıb. Tədbirdə baş məşqçi  Andrey Şevçenko çıxış edib.

Xatırladaq ki, Ukrayna millisi tarixində ilk dəfə Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıb. Bu mərhələdə isə onlar İngiltərə millisinə uduzublar (0:4).