Lukas Ernandes əməliyyat olundu
Digər

Lukas Ernandes əməliyyat olundu

  • 2021-07-04

"Bavariya"nın və Fransa millisinin üzvü Lukas Ernandes əməliyyat olunub.

Münhen klubunun rəsmi saytına əsasən, müdafiəçi sol dizindən əməliyyat edilib. Fransa millisinin heyətində zədələnən futbolçunun tezliklə reablitasyaya başlayacağı və bir neçə həftədən sonra məşq edə biləcəyi qeyd olunub.


Lukas Ernandes ötən mövsüm "Bavariya"nın heyətində 18 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.