Messi Ronaldonu geridə qoydu
- 2021-07-04
Argentina millisinin və "Barselona"nın oyunçusu Lionel Messi növbəti uğura imza atıb.
ESPN-ə əsasən, 34 yaşlı hücumçu buna yığmanın heyətində Amerika kubokunun 1/4 final mərhələsində Ekvadora qalib gəldikləri matçda (3:0) nail olub. O, cərimə zərbəsindən fərqlənib. Bununla da Messi milli komanda və klub səviyyəsində cərimə zərbəsindən vurduğu qolların sayını 58-ə çatdırıb. Beləliklə, oyunçu Portuqaliya yığmasının və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu geridə qoyub (57 qol).
Qeyd edək ki, Argentina millisi yarımfinalda Kolumbiya ilə qarşılaşacaq.