"Ronaldonun "Yuventus"un futbolçuları ilə problemi var"
Digər

"Ronaldonun "Yuventus"un futbolçuları ilə problemi var"

  • 2021-07-04

"Yuventus"un keçmiş hücumçusu David Trezeqe Turin klubunun hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

"La Gazzetta dello Sport"a əsasən, o, portuqaliyalı hücumçunun  komanda yoldaşları ilə bəzi problemlərinin olduğunu deyib.

"Kriştiano "Yuventus"un heç kimin gözləmədiyi ən yaxşı transferidir. Onun komanda yoldaşları ilə bağlı bəzi problemlər var idi, bunu görürdünüz, ancaq 100 qol vurdu. Düşünürəm ki, heç kim Zinəddin Zidan kimi onu idarə edə bilmədi. Bəlkə də hansısa məqamda "Yuventus"da anlaşılmazlıq var idi.

Elə oyunçular var ki, onlarla yaxşı münasibət qurmaq daha yaxşıdır, çünki komandaya matçlarda qələbə qazandırırlar. Ronaldo da onlardan biridir, Dibala da".

Qeyd edək ki, 36 yaşlı oyunçu 2018-ci ildən "Yuventus"da oynayır.