Portuqaliya yığmasının və “Atletiko”nun futbolçusu Joao Feliks əməliyyat olunub.Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçunun sağ ayağından əməliyyat keçirdiyi və ən az 2 ay bərpa dövrü keçəcəyi açıqlanıb. 21 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara dəqiq dönüş tarixi bəlli deyil.
Qeyd edək ki, Feliks 2019-cu ildən “Atletiko”nun uğurları üçün çalışır. O, daha öncə Portuqaliyada “Benfika”nın formasını geyinib.