"Əvvəlkindən daha yaxşı işləməyə hazıram"
Digər

"Əvvəlkindən daha yaxşı işləməyə hazıram"

  • 2021-07-03

"Roma"nın baş məşqçisi Joze Mourinyo karyerası haqqında danışıb.

58 yaşlı mütəxəssis "Daily Mail"ə açıqlamasında deyib:

"Düşünürəm ki, təcrübə məşqçilikdə çox şey deməkdir. Hər vəziyyəti sanki sənin başına gəlmiş kimi görməyə məcbur edir. "İnter"dən ayrıldıqdan sonra çox şey yaşadım. "Real"ı çalışdırdım və inanılmaz bir təcrübə oldu. Xəyallarımı İtaliya, İngiltərə və İspaniyada titul qazanaraq reallaşdırdım. Sonra yenidən İngiltərəyə gəldim, çünki ailəm orada yaşayır.

Bütün təcrübəmi, yaxşı və pis anlardan aldığım bütün dərsləri nəzərə alsaq, indi əvvəlkindən daha yaxşı işləməyə hazıram".